Progress Club

Bizimlə birgə həm fayda ver, həm də faydalan.

Haqqımızda

 

Proqres Sosial İnkişaf Təşəbbüsləri İctimai Birliyi (“Progress Club”) 17.02.2017 tarixində, adından da bəlli olduğu kimi öz cəmiyyətimizdə və nəhayət bütün dünyada proqress və inkişaf yarada bilmək üçün təsis edilib.

Fəlsəfəmizdə birtərəfli yox, “qarşılıqlı faydalandırma” prinsipi əsas yer almaqdadır. Birtərəfli faydalandırmanın davamlı və uzunömürlü ola biləcəyinə inanmadığımız üçün bütün layihələrimizdə çalışmışıq ki, yalnız bir tərəf yox, bacardıqca çox tərəf faydalansın və o tərəflərdən biri də klubumuz, klub üzvlərimiz olsun.

Faydalı olmağın özündən belə bizim üçün daha dəyərli olan şey məhz həmin fayda verən insanları qazanmaq və bu fayda şəbəkəsini daha da böyütməkdir.

Bu prinsipi əldə tutaraq bir çox layihələr keçirmiş, bir çox insanın həyatına müsbət mənada toxunmuşuq. Bu layihələr sayəsində, eyni zamanda, fayda verə bilən və fayda verməyə istəkli olan bir çox insan tanımış, hətta bu insanların bəzilərini klubumuza qazandırmış və üzvümüzə çevirə bilmişik.

Proqres SİTİB (“Progress Club”) olaraq bundan sonra da durmadan cəmiyyətimizdə fayda mübadiləsini təmin etməyə səy göstərəcək, bu mübadilə əsnasında da faydalı insanları tanımağa, onları qazanmağa çalışacağıq.

 

Missiyamız

 

Missiyamız qarşılıqlı faydalanma zəncirini dünyanın bir ucundan digər ucuna qədər uzatmaqdır. İnsan cəmiyyətinin ümumi rifahını fərdin rifahından daima üstün görən klubumuz cəmiyyətə yararlı olan hər şeyin dəstəkçisi, zərərli olan hər şeyin də əngəlləyicisidir. Bu prinsip klub daxilində daha ciddi və önəmli qəbul olunduğu üçün, klub üzvlərimizin hər biri klubun ümumi maraqlarını öz şəxsi maraqlarından üstün görür. Bu səbəblədir ki, yalnız bu dünya görüşünü bizimlə paylaşa bilən böyük qəlbli insanları aramıza alırıq.

Bu düşüncə tərzi və fəlsəfəmizlə “Progress Club” olaraq daima inkişafa, proqressə can atırıq. İnkişafa, proqresə, yeniliyə ehtiyac olduğu müddətcə biz də möhkəm duracaq və ətrafımıza hər mənada gözəllik və müsbət enerji saçmağa, gözəl nümunə olmağa davam edəcəyik.

İdarə heyəti

Üzvlərimiz