Tənha analara saf qida – 2

21 May 2020

Bütün ölkə miqyasındakı şirkətlər arasında görünməyə başlayan yardımlaşma və xeyriyyə tendensiyasından kənarda qalmamaq və bu fayda marafonuna qoşulmaq üçün Progress Club üzvlərinə məxsus şirkətlərin tənha analarımıza ərzaq yardımı etdiklərini bildirmişdik.

Bu layihəmizin ikinci hissəsi də baş tutdu və Saf QidaArchmedPhotoJalal, Zar Jewellery, Agriculture Management and Investment Company şirkətlərininin və digər bir neçə xeyriyyəçi dostumuzun ianələri hesabına imkansız tənha analarımıza ərzaq yardımları edildi.

Diləyimiz isə budur ki, karantin rejimi tezliklə bitsin və bu tənha analarımız yenidən əvvəlki kimi işləyib özlərini təmin edə bilsinlər.

(21.05.2020)