Qanvermə aksiyası

08 May 2020

Talassemiya xəstələrinin hər 2-3 həftədən bir yeni qan köçürülməsinə ehtiyacları var.

Bu halda isə cəmiyyət olaraq bizlərin boynuna böyük bir mənəvi məsuliyyət düşür. Bu məsuliyyət səbəbilə də Azərbaycan Talassemiya Federasiyası (ATF) ilə birgə qanvermə aksiyası keçirdik.

Toplanmış qanlar bir başa talassemiyalı xəstələrin adlarına bir-bir yazılaraq göndərildi. Qan vermək üçün Qan Bankına gələn (bəzi tibbi səbəblərlə qan verməsi mümkün olmayan dostlar da daxil olmaqla) hər kəsə, eləcə də ATF-in təsisçisi İlgün xanıma bizimlə birgə bu faydalı işə imza atdığı üçün təşəkkür edirik.

Karantin rejimi və Ramazan ayı olmasına baxmayaraq qan verməyə gələn hər kəs əslində hər birimizə insanlıq və məsuliyyətli vətəndaşlıq nümunəsi olmalıdır.

(08.05.2020)